• Təqvim

  • Unutma

  • Maraq

Ulu öndərin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi başa çatıb

Qazax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin və “Qazax Olimpiya İdman Kompleksi” MMC-nin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini futbol üzrə keçirilən rayon birinciliyi başa çatıb.

30 apreldən başlayan yarışda 18 həvəskar komanda iştirak edib.

Bu gün yarışın final oyunları keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandası ilə “N” saylı hərbi hissənin komandası qarşılaşıb. Oyun 5-3 hesabı ilə kollec komandasının xeyrinə başa çatıb. Kosalar kənd komandası isə yarışın üçüncüsü olub.

Eyni zamanda, 3 nominasiya üzrə fərqlənən komanda üzvlərinin də adı bəlli olub. Kollec komandasının üzvlərindən Sərxan Məmmədov “Ən yaxşı qapıçı”, Məhəmməd Babayev “Ən texnikalı oyunçu”, Elgün Qəhrəmanov isə “Ən sərrast hücumçu” adına layiq görülüblər.

Qaliblərin mükafatlandırılması mərasimində iştirak edən rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini, yarışın baş hakimi Sahib Namazov, YAP Qazax rayon Təşkilatının məsul işçisi Polad Ağakişiyev, yarışın hakimi, respublika dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Fərman İsmayılov və başqaları çıxış edərək qalib komandanları qələbə münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan söz açıblar. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli idman siyasətinin bu gün də onun layiqli varisi – Respublika Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirildiyini qeyd ediblər.

Sonda yarışın çempionu olmuş komandaya kubok, digər qalib komandaların üzvlərinə müvafiq Diplom və medallar, , nominasiya üzrə fərqlənən iştirakçılara isə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

GOYEZEN.AZ

Facebook-da paylaş