• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı atletlərdən növbəti qələbə

Qazaxlı atletlərdən növbəti qələbə
Rayonumuzda daim diqqət və qayğı göstərilən sahələrdən biri də idman sahəsidir. Rayon rəhbərliyi tərəfindən göstərilən qayğının nəticəsidir ki, rayonumuzun idmançıları daha böyük qələbələr qazanaraq əldə edilən uğurların sayını gündən-günə artırırlar.

Növbəti belə qələbələrdən biri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən, 28-29 aprel tarixlərində Samux rayonunda Ağır Atletika üzrə respublika yarışlarının 2-ci seçmə mərhələsində qazanılıb.

Yarışda rayonumuz baş məşqçi Nizami Qasımov və məşqçi-müəllim Rəayət Abdalovun rəhbərliyi altında 31 idmançı ilə təmsil olunub. Ağır atletika idman növü üzrə keçirilən yarışda 2002-2010-cu təvəllüdlü məktəblilər iştirak edib.

Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri olan qazaxlı idmançılar bu yarışda 6 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

İdmançılardan mütləq çəki dərəcəsində şəhər M.Hüseyn adına məktəb-liseyin VIII sinif şagirdi Nurlan Məmmədzadə, Canalı kənd tam orta məktəbin VI sinif şagirdi Ravin Alməmmədov, şəhər 4 saylı tam orta məktəbin VII sinif şagirdi Qasım İsmayılov, 1 saylı tam orta məktəbin II sinif şagirdi Lətif Əliyev, 5 saylı tam orta məktəbin şagirdləri Aydın Şəfizadə (III sinif) və Coşqun Mustafayev (IX sinif) I yerə layiq görülərək yarışın qızıl medalına sahib olublar.

Yarışın gümüş medalını idmançılardan şəhər 2 saylı tam orta məktəbin VI sinif şagirdi Amin Osmanov və şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdi Əbdülmətin İsmayılov qazanıblar.

Şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdi Firat Məmmədov, 1 saylı tam orta məktəbin IV sinif şagirdi Aytən Əliyeva, 5 saylı tam orta məktəbin VIII sinif şagirdlərindən Fərid Məmmədov və Zaur Hüseynov, VI sinif şagirdi Nurlan Mustafayev yarışın bürünc medalına layiq görülüblər.

Sonda I, II, III yeri tutan qalib idmançılar Diplom və medallarla mükafatlandırılıblar.

Qazaxlı atletlərdən növbəti qələbə
Qazaxlı atletlərdən növbəti qələbə
Qazaxlı atletlərdən növbəti qələbə
Qazaxlı atletlərdən növbəti qələbə
Qazaxlı atletlərdən növbəti qələbə
GOYEZEN.AZ


Facebook-da paylaş