• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb

Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
Rayonumuzda bütün sahələrlə yanaşı, idman sahəsinə də daim diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, rayonumuzun idmançıları daha böyük qələbələr qazanaraq əldə edilən uğurların sayını get-gedə artırırlar.

Növbəti belə qələbələrdən biri 4-9 aprel tarixlərində Xaçmaz şəhərində İdman Məktəblərinin IX Açıq Respublika Oyunlarının final mərhələsində qazanılıb. Ağır atletika idman növü üzrə keçirilən yarışda 2005-2008-ci təvəllüdlü məktəblilər iştirak edib.

Bu yarışda rayonumuzu Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri təmsil ediblər.

Məşqçilərdən Rəayət Abdalov və Nizami Qasımovun yetirmələri olan qazaxlı idmançılar bu yarışda 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

İdmançılardan 34 kq çəki dərəcəsində şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdi Firat Məmmədov 80 kq nəticə ilə, 38 kq çəki dərəcəsində Canalı kənd tam orta məktəbin VI sinif şagirdi Ravin Alməmmədov 108 kq nəticə ilə, 42 kq çəki dərəcəsində şəhər 4 saylı tam orta məktəbin VII sinif şagirdi Qasım İsmayılov 121 kq nəticə ilə, 62 kq çəki dərəcəsində şəhər 3 saylı tam orta məktəbin şagirdi Əbdülmətin İsmayılov 135 kq nəticə ilə I yerə layiq görülərək yarışın qızıl medalına sahib olublar.

Yarışın gümüş medalını idmançılardan şəhər 5 saylı tam orta məktəbin VII sinif şagirdi Sübhan İbrahimov (50 kq) və şəhər 1 saylı tam orta məktəbin IV sinif şagirdi Aytən Əliyeva (54 kq) qazanıblar.

Şəhər 2 saylı tam orta məktəbin VI sinif şagirdi Amin Osmanov (30 kq), 5 saylı tam orta məktəbin VII sinif şagirdi Səbuhi Orucov (62 kq) və 1 saylı tam orta məktəbin VI sinif şagirdi Ayişə Əliyeva (53 kq) yarışın bürünc medalına layiq görülüblər.

Sonda I, II, III yeri tutan qalib idmançılar Diplom və medallarla mükafatlandırılıblar.

Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
GOYEZEN.AZ


Facebook-da paylaş