Həmyerlilərimizin böyük qələbəsi » Göyəzən internet portalı


Həmyerlilərimizin böyük qələbəsi

Qol güləşi üzrə dünya çempionatında qazaxlı idmançılar 5 medal qazanıb


Həmyerlilərimizin böyük qələbəsi
Oktyabr ayının 1-də Bolqarıstanın Blaqoevqrad şəhərində Qol güləşi üzrə 35-ci dünya çempionatı keçirilib. Azərbaycan komandası bu mötəbər yarışda uğurla çıxış edərək 10 medal qazanıb.

Onu da qeyd edək ki, ölkəmizi təmsil edib medal qazanan idmançılardan 5-i rayonumuzun yetirmələridir.

Belə ki, 50 kq çəki dərəcəsində mübarizə aparan İsgəndər Mustafayev yeniyetmələr arasında sağ qol üzrə 2-ci yeri tutub.

60 kq çəki dərəcəsində mübarizə aparan Neymət Vəkilov gənclər arasında sol qol üzrə 2-ci, sağ qol üzrə isə 3-cü olub.

65 kq çəki dərəcəsində mübarizə aparan Ramazan Rüstəmov isə gənclər arasında sağ qol üzrə 1-ci yerə çıxıb. O, yarımfinal görüşündə erməni idmançısına qalib gələrək finala yüksəlmiş və dünya çempionu adını qazanıb.
Həmyerlilərimizin böyük qələbəsi
65 kq çəki dərəcəsində böyüklər arasında mübarizə aparan Qismət Vəkilov komandamıza daha bir qızıl medal qazandıraraq hamıdan güclü olduğunu bir daha sübut edib.

Qismət bütün rəqiblərini məğlub edərək sağ qol üzrə 1-ci yeri tutmuş və öz çəki dərəcəsində çempionatın qalibi olub. Bununla da o, özünün idman karyerasını daha da zənginləşdirib.
Həmyerlilərimizin böyük qələbəsi
Qismət Vəkilov öz qələbəsi sayəsində Azərbaycanda Qol güləşi idmanında ilkə imza atib. O, ilk azərbaycanlıdır ki, təmsil etdiyi idman növü üzrə respublikamıza ilk dəfə böyüklər arasında qızıl medal qazandırıb.

Həmçinin, Qismət yeganə Azərbaycan qol güləşçisidir ki, indiyədək bütün yaş qruplarında öz Vətənini Dünya və Avropa birinciliklərinin ən yüksək əyarlı medallarına sahib olub.

Həmyerlilərimizin belə bir yüksək qələbə qazanmasında idmançıların şəxsi məşqçisi Qol Güləşi üzrə Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Azər Əliyevin böyük əməyi vardır.


Facebook-da paylaş