Qazaxda şəhid Mühüd Orucovun xatirəsinə turnir keçirilib » Göyəzən internet portalı

Qazaxda şəhid Mühüd Orucovun xatirəsinə turnir keçirilib

Bu gün Qazax rayonunda Aprel şəhidi kapitan Mühüd Orucovun xatirəsinə həsr olunmuş açıq rayon turniri keçirilib.

Turnirdə 2005-2010-cu il təvəllüdlü yeniyetmələr iştirak edib. İdmanın sərbəst güləş növü üzrə keçirilən yarış Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki Aşağı Əskipara kənd tam orta məktəbinin idman zalında baş tutub.

Yarışda qazaxlı güləşçilərlə yanaşı, Sumqayıt şəhərindən və Ağstafa rayonundan gəlmiş güləşçilər də iştirak edib.

Turnirdə Qazax rayon Təhsil şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM), Qazax rayon Gənclər və İdman İdarəsinin, Qazax Olimpiya İdman Kompleksinin komandaları yarışıblar. Yarışda Sumqayıt şəhəri 3, Ağstafa rayonu isə 2 komanda ilə təmsil olunubdur. Ümumilikdə isə rayon turnirində 150 nəfər güləşçi öz qüvvəsini sınayıbdır.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra şəhid Mühüd Orucovun və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. M.Orucova həsr edilmiş video-çarx nümayiş olunub.

Qazax rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Qazax RİHB Aparatının baş məsləhətçisi Sərdar Orucov, RTŞ-nin metodisti Pərviz Alməmmədov və SSRİ idman ustası, Əməkdar məşqçi Hidayət Mehdiyev çıxış edərək yarış iştirakçılarını salamlayıb, güləşçilərə uğur arzulayıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda 7 çəki dərəcəsində 24 nəfər idmançı qalib olub.

GOYEZEN.AZ

Facebook-da paylaş