Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc könüllülər"i də "Bir-birimizi qoruyaq" aksiyasına qoşulublar

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc könüllülər"i də "Bir-birimizi qoruyaq" aksiyasına qoşulublar


17-05-2020, 17:25


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) "Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verib.

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Bir-birimizi qoruyaq" aksiyası ilə əlaqədar "Gənc könüllülər"lə onlayn müzakirələr aparılıb.

Qazax GİKM-in direktoru İsmayıl Süleymanov ilk olaraq gənclərə xüsusi karantin rejimində göstərdikləri fəaliyyətə görə təşəkkür edib, daha sonra kampaniyanın məqsədi ilə bağlı məlumat verib. Əsas məqsədin karantin rejiminin yumşalması ilə əlaqədər vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial distansiya və davranış qaydalarını izah etmək, onların sağlamlığı naminə maarifləndirmə aparmaqdan ibarət olduğunu bildirib.

 

 

Müzakirələrə qoşulan Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva təmsil etdiyi təhsil qurumunun tələbələrinə Qazax GİKM tərəfindən verilən önəmə görə minnətdarlığını bildirib. Bu kimi aksiyalarda kollec tələbələrinin aktivliyinin vacibliyini vurğulayıb.

Sonda kampaniyada iştirak edəcək "Gənc Könüllülər”in qruplarının tərkibi müəyyənləşdirilib, onlara davranış təlimatı izah olunub. Eləcə də kampaniyanın aparılacağı yerlər dəqiqləşdirilib.

 

GOYEZEN.AZ


Geri qayıt