Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhidlərimizi yad ediblər

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhidlərimizi yad ediblər


26-02-2020, 09:29


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd edilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və gənc könüllüləri də Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Vətən oğullarının uyuduğu Hüseynbəyli kənd qəbiristanlığını ziyarət ediblər. Qazax gəncləri Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları üzərinə tər qərənfillər düzərək onların əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.





 

GOYEZEN.AZ


Geri qayıt