Əsas Səhifə > Gənclər > “Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi uğurla başa çatıb

“Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi uğurla başa çatıb


16-02-2020, 18:21

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi "Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi başa çatıb.

Qazax Gənclər Mərkəzində reallaşan yarışın sonuncu – üçüncü günündə 6 intellektual klub "Erudit Kvartet"də qüvvələrini sınayıblar.

Püşkatmaya əsasən komandalar hər birində 4 kollektiv olmaqla 2 yarımqrupa bölünüblər. Yarımqruplarda iştirakçılar "Bəlli” və "Sirli” raundlarının hər birində 5 mövzu daxilində yarışıblar.

Turnirin yekun nəticələrinə görə ən çox xal toplayan "Replicants” komandası (müstəqil) "Dirçəliş kuboku”na yiyələnib. Digər müstəqil kollektiv "Panteon” II yerə layiq görülüb. Qazax rayonu V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin "Diamond” komandası isə III pillədə qərarlaşıb. Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, "Dirçəliş kuboku” gənclər arasında intellektual turnir” layihəsində 175 gənc iştirak edib. Onlar ilk yarış günü "Nə? Harada? Nə zaman?”, növbəti dəfə isə "Breyn Rinq” formatı üzrə mübarizə aparıblar.





 

GOYEZEN.AZ


Geri qayıt