Əsas Səhifə > Gənclər > “Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi çərçivəsində ilk yarış keçirilib

“Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi çərçivəsində ilk yarış keçirilib


14-02-2020, 19:56


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi "Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi çərçivəsində ilk yarış keçirilib.

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan yarışda 35 intellektual klubun heyətində 175 gənc mübarizə aparıb.

Qazax Gənclər Mərkəzində keçirilən yarışda 20 sual səsləndirilib. Ən çox suala düzgün cavab verən 12 komanda növbəti mərhələyə yüksəlib.

Beləliklə, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin "Diamond”, R.Mirzəliyev adına Alpout kənd tam orta məktəbin "Göyəzən”, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli  tam orta məktəbin "Çukur”, İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin "Star OK”, müstəqil komandalardan "Replicants”, "Equilibrium”, "Hermes”, "Sarkazm”, "Alcatras”, "Wolfram”, "La Catedral” və "Panteon” kollektivləri sabah "Breyn Rinq”də kimin daha güclü olduğuna aydınlıq gətirəcək.

Bu mərhələnin ən yaxşıları isə 16 fevralda həlledici raund olan – "Erudit Kvartet”də mükafatçıları müəyyənləşdirəcək.

Yekunda qalib komanda "Dirçəliş kuboku”na yiyələnəcək. Bütün mükafatçı komandalar isə diplom və medallarla təltif olunacaq.





 

GOYEZEN.AZ


Geri qayıt