Əsas Səhifə > Gənclər > "Gənc istedad" layihəsi çərçivəsində aktyor-aparıcı Yusif Qoca ilə görüş təşkil olunub

"Gənc istedad" layihəsi çərçivəsində aktyor-aparıcı Yusif Qoca ilə görüş təşkil olunub


22-01-2020, 11:47

 

Yanvarın 21-də Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Gənc istedad" layihəsi çərçivəsində aktyor-aparıcı Yusif Qoca ilə görüş təşkil olunub.

Qazax Dövlət Dram Teatrının və "Kəpəz" TV-nin əməkdaşı olan Yusif Qoca teatr və televiziya sahəsindəki təcrübəsini gənclərlə bölüşüb, yeni tendensiyalar barədə onları məlumatlandırıb. O, həmçinin səhnə danışığı və nitq mədəniyyəti mövzularında iştirakçılara ətraflı məlumat verib.

Səmimi söhbət əsasında keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.





GOYEZEN.AZ

 

 


 


Geri qayıt