Əsas Səhifə > Gənclər > "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ilin ilk turniri keçirilib

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ilin ilk turniri keçirilib


12-01-2020, 16:18


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ilin ilk turniri keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda 11 komandanın heyətində 55 gənc iştirak edib.
Turnirin yekun nəticələrinə görə müstəqil "Sarkazm" komandası I yeri tutub. "Panteon" kollektivi (müstəqil) II pillədə qərarlaşıb. Müstəqil "Volfram" komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.   




 

GOYEZEN.AZ


Geri qayıt