Əsas Səhifə > Gənclər > Bir çox uğurlu startap layihəsinin müəllifi olan Fərid Məhərrəmli qazaxlı gənclərlə görüşüb

Bir çox uğurlu startap layihəsinin müəllifi olan Fərid Məhərrəmli qazaxlı gənclərlə görüşüb


7-01-2020, 18:27


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində bir çox uğurlu startap layihəsinin müəllifi Fərid Məhərrəmli ilə görüş keçirilib.

Tədbirdə "Xariceget” beynəlxalq layihələr şirkətinin, "Brandmaker Exclusive” agentliyinin və "Marketinghub” marketinq xəbərləri qurumunun təsisçisi olan F.Məhərrəmli öz təcrübəsini gənclərlə bölüşüb. Odaha sonra sosial media, biznes, marketinq, innovasiya və şəxsi brendləşmə kimi mövzular barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan F.Məhərrəmli 1994-cü ildə Qazax rayonunda anadan olub.


GOYEZEN.AZ


Geri qayıt