Əsas Səhifə > Gənclər > Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş rəsm sərgisi təşkil olunub

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş rəsm sərgisi təşkil olunub


9-12-2019, 17:56


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Qazax Dövlət Rəsm Qalereyasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş rəsm sərgisi təşkil olunub.

Tədbirdə çıxış edən Qazax GİKM-in direktoru İsmayıl Süleymanov və Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı gənclərə və uşaqlara xüsusi qayğısından danışıblar.

Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə gənc rəssamların 20-dək əl işi nümayiş olunub.

Yekunda rəssamlar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.





GOYEZEN.AZ


Geri qayıt