Əsas Səhifə > Gənclər > "Uğur Akademiyası" layihəsi çərçivəsində növbəti təlimlərə start verilib

"Uğur Akademiyası" layihəsi çərçivəsində növbəti təlimlərə start verilib


1-12-2019, 19:13


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Uğur Akademiyası" layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Potensial peşə və ixtisasların təhlili" mövzusunda reallaşan dördüncü təlim beynəlxalq sertifikatlı təlimçi Rafət Şirəliyev tərəfindən aparılıb. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin aparıcı mütəxəssisi Zaur Osmanov iştirak edib.

Qeyd edək ki, növbəti iki gün ərzində də gənclərin peşə seçimi və karyera inkişafı istiqamətində təlimlər təşkil olunacaq.




GOYEZEN.AZ


Geri qayıt