Əsas Səhifə > Gənclər > BDU-nun Qazax filialında 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclərlə görüş keçirilib

BDU-nun Qazax filialında 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclərlə görüş keçirilib


29-11-2019, 18:22


"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi istiqamətində təqdirəlayiq işlər görülür.

Bu gün növbəti maarifləndirici görüş Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan və 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilib.

Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, 107 saylı Qazax Dairə Seçki Komissiyasının sədri Xəyyam Salehov, Bakı Dövlət Universitetinin Qazax filialının dekanı Hamlet İlyasov, fəal gənc Şəhadət Abbasov çıxış edərək gənclərlə maarifləndirici söhbətlər aparıblar.

Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə 50 nəfər gənc iştirak edib.


 


GOYEZEN.AZ


Geri qayıt