Əsas Səhifə > Gənclər > Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş "Breyn Rinq" intellektual oyunu üzrə turnir keçirilib

Qazaxda 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş "Breyn Rinq" intellektual oyunu üzrə turnir keçirilib


17-11-2019, 15:04


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş "Breyn Rinq" intellektual oyunu üzrə turnir keçirilib. 

Qazax Gənclər Mərkəzində keçirilən yarışda 14 komandanın tərkibində 70 gənc biliyini nümayiş etdirib.

Turnirin nəticələrinə əsasən müstəqil "Nobelium" komandası qalib adını qazanıb. Bakı Dövlət UniversitetininQazax filialının "Nəsimi" komandası II, müstəqil "Poseydon" kollektivi isə III pillələrdə qərarlaşıb. 

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.


 

 

 

 

GOYEZEN.AZ  


Geri qayıt