Əsas Səhifə > Gənclər > Qazaxda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş intellektual turnir keçirilib

Qazaxda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş intellektual turnir keçirilib


10-11-2019, 16:10


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş intellektual turnir keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda 7 komandanın tərkibində 35 gənc biliyini nümayiş etdirib.

Azərbaycan mövzusunda sualların səsləndirildiyi turnirin qalibi Bakı Dövlət Universitetinin Qazax filialının "Hermes" komandası olub. Müstəqil kollektivlər "İndium-31" və "Sarkazm" müvafiq olaraq II və III yerləri tutublar.

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.

 



 

GOYEZEN.AZ


Geri qayıt