Əsas Səhifə > Gənclər > "Counter Strike" kompüter oyunu üzrə gənclər arasında turnir keçirilib

"Counter Strike" kompüter oyunu üzrə gənclər arasında turnir keçirilib


30-10-2019, 14:44

 

 

Oktyabrın 29-da Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Counter Strike" kompüter oyunu üzrə gənclər arasında turnir keçirilib.

Yarışın yekun nəticələrinə əsasən, "Snipers" komandası I, "Legend" kollektivi II, "Tornado" kiber-idmançıları isə III yerləri tutublar.

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən müvafiq diplomlarla təltif olunublar.




 

GOYEZEN.AZ

 


Geri qayıt