Əsas Səhifə > Gənclər > "Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində ilk tədbir təşkil olunub

"Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində ilk tədbir təşkil olunub


20-10-2019, 14:25


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində ilk tədbir (mühazirə) təşkil olunub.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov layihə barədə ətraflı məlumat verərək, layihə çərçivəsində 21-27 oktyabr 2019-cu il tarixlərdə "Breyn Rinq" intellektual oyunu üzrə "Seminariya kuboku" yarışının keçiriləcəyini, həmçinin Seminariyanın tarixi barədə qısametrajlı filmin çəkilişlərinin davam etdirildiyini bildirib. Qeyd edək ki, filmin təqdimat mərasiminin 8 noyabrda keçiriləcəyi nəzərdə tutulur.

Daha sonra İ.Süleymanov Seminariyanın tarixinə qısa ekskursiya edərək, təhsil ocağının yaradılmasının tariximizdə, təhsilimizdə və mədəniyyətimizdə önəmli yer tutduğunu vurğulayıb.

 

GOYEZEN.AZ


Geri qayıt