Əsas Səhifə > Gənclər > Qazaxda ”Gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

Qazaxda ”Gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib


5-10-2019, 19:51


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Gənclərin Həmrəyliyi” İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan ”Gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Qazax Gənclər Mərkəzində keçirilən tədbir"Gənclərin Həmrəyliyi” İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov qonaqları salamlayaraq layihəyə uğurlar arzulayıb.

 

Sonra Kazım Məmmədov gənclərə könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru barədə təlim keçib.

Sonda təlimdə iştirak edən 20 gəncə "Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən sertifikat təqdim olunub.

Qeyd edək layihə çərçivəsində Qazaxla yanaşı 3 regionda - Tovuz, Şəmkir və Balakən rayonlarında gənclər arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

















 

 

GOYEZEN.AZ                            


Geri qayıt