Əsas Səhifə > Gənclər > “Summer cup” intellektual yarışı keçirilib

“Summer cup” intellektual yarışı keçirilib


19-07-2019, 18:41

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənclər arasında "Summer cup” intellektual yarışı keçirilib.

Gənclər Mərkəzində təşkil olunan turnir 2 mərhələdən ibarət olub. "Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutan komanda "Breyn Rinq” mərhələsinə yüksəlib. Bu raundun nəticələrinə əsasən, "Stronsium” komandası "Summer cup”a yiyələnib. "Forza Milan” II, "Vortex” isə III pilləni tutub.

I yerə layiq görülən qalib komanda kubokla, digər komandalar isə müvafiq diplomlarla təltif olunublar.

Məlumat üçün qeyd edək ki, intellektual yarışda 19 komandanın heyətində 95 gənc öz biliyini nümayiş etdirib.






GOYEZEN.AZ


Geri qayıt