Əsas Səhifə > Gənclər > “Gənc könüllü”lər Qazax Sement Zavodunun qonağı olub

“Gənc könüllü”lər Qazax Sement Zavodunun qonağı olub


5-07-2019, 19:02

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə bir qrup "Gənc könüllü” rayonun Daş Salahlı kəndində fəaliyyət göstərən Qazax Sement Zavodunun qonağı olub.

İlk olaraq Əməyin Mühafizəsi şöbəsinin rəisi İlham Əliyev zavod haqqında ətraflı məlumat verib. Daha sonra könüllülər zavodun idarəetmə məntəqəsi, laboratoriya, iş sahəsi və iş prosesi ilə tanış olublar.

Zavodla yaxından tanış olan gənclərə bildirilib ki, "Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanmış, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilmişdir. Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal edir.

Zavodla tanışlıqdan xoş təəssüratlarla qayıdan gənclər bu cür göüşlərin təşkil olunmasını yüksək qiymətləndiriblər.













 

GOYEZEN.AZ


Geri qayıt