Əsas Səhifə > Gənclər > Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib

Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib


25-06-2019, 19:01

Bu gün sevindirici haldır ki, hər bir Azərbaycan gənci dövlətin və dövlət başçısının qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqə də bu qayğının daha bir bariz nümunəsidir.

Respublikamızın hər yerində olduğu kimi, qazaxlı gənclər də müsabiqəyə qoşulublar. Gənclər müsabiqəyə qatılmaq üçün dünən və bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinə müraciət ediblər. Bir neçə gəncin sənədləri hazırlanaraq sistemə yüklənilib. Qeyd edək ki, ərizə qəbulunun iyulun 19-a qədər davam etməsi nəzərdə tutulub.

Bu gün həmçinin Gənclər Mərkəzində bir qrup gənc üçün "Layihələrin yazılışı, büdcə və icra planının hazırlanması" mövzusunda məlumatlandırma xarakterli təlim də keçirilib. Bu mövzuda təlimlərin önümüzdəki həftələrdə də reallaşdırılması nəzərdə tutulur.  







GOYEZEN.AZ
Geri qayıt