Əsas Səhifə > Gənclər > Qazaxda Azərbaycan Skautlar Assosiasiyasının təqdimat mərasimi keçirilib

Qazaxda Azərbaycan Skautlar Assosiasiyasının təqdimat mərasimi keçirilib


10-06-2019, 19:30

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının təqdimat mərasimi keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan tədbirdə ilk olaraq Azərbaycan Skautlar Assosiasiyasının Gəncə-Qazax regionu üzrə müvəkkili İntiqam Rzayev skautlar hərəkatının, təmsil etdiyi qurumun tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. İ.Rzayev həmçinin uşaqların və gənclərin özünüinkişafında, lider kimi formalaşmasında skautların müstəsna rolunun olduğunu qeyd edib.

Daha sonra Heydər Əliyev parkında mini düşərgə simulyasiyası nümayiş etdirilib. Burada çadırların qurulması və sökülməsi üzrə praktiki məşğələ keçirilib. Gələcəkdə rayonumuzda da skaut dəstələrinin və qruplarının yaradılması perspektivləri müzakirə edilib.


 

GOYEZEN.AZ


Geri qayıt