Əsas Səhifə > Gənclər > Qazaxda 28 May - Respublika Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Qazaxda 28 May - Respublika Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib


28-05-2019, 10:00

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığıyla 28 May - Respublika Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Tədbiri giriş sözü ilə Qalereyanın direktoru Münəvvər Xəlilova açaraq "28 May”ın xalqımızın dövlətçilik tarixində müstəsna yerə malik olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov bu kimi müsabiqələrin gənc rəssamların püxtələşməsində böyük rol oynadığını qeyd edib.

Sonda Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov Mərkəz haqqında qısa məlumat verərək burada gənclərin hərtərəfli inkişafı istiqamətində münbit şəraitin yaradıldığını söyləyib.

Çıxışlar bitdikdən sonra gənc fırça ustalarının əl işlərinə baxış keçirilib.

Mütəxəssislərinin yekdil rəyinə görə, Carçılı Ema Ramil qızının rəsm əsəri I yerə layiq görülüb. Quliyev Eşqin Əmir oğlu və Məmmədova Aydan Müşfiq qızı müvafiq olaraq II və III yerləri tutublar. Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar. 




GOYEZEN.AZ


Geri qayıt