Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin ilk təqdimat mərasimi keçirilib

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin ilk təqdimat mərasimi keçirilib


18-04-2019, 20:56


Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin ilk təqdimat mərasimi keçirilib.

Mərkəzin direktoru İsmayıl Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Gənclər Fondu, onun fəaliyyət istiqamətləri, xüsusilə, gənclərin təhsil məsələləri sahəsində həyata keçirilən yeniliklər, xaricdə təhsil və gənclərin məşğulluq proqramı haqda geniş məlumat verib.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, onun yerli bölməsi olan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında ətraflı məlumat çatdırıb. Qazax Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərəcək ödənişsiz xarici dil, kompüter kursları, debat klub, artıq fəaliyyətə başlamış intellektual oyunlar klubu haqda danışıb.

İ.Süleymanov qeyd edib ki, gənclərin özünüinkişafının təmin edilməsi məqsədilə "Gənc Könüllülər" proqramı fəaliyyətə başlayıb. Bu proqrama qoşulmaq istəyənlər həm onlayn şəkildə, həm də şifahi müraciət etməklə qoşula bilərlər.

Məlumat üçün qeyd edək ki, növbəti təqdimat mərasimləri Bakı Dövlət Universitetinin Qazax filialında, eləcə də rayonun orta ümumtəhsil məktəblərində keçiriləcək.







GOYEZEN.AZ


Geri qayıt