Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər arasında "Nə?", "Harada?", "Nə zaman?" və "Breyn-rinq" intellektual oyunları üzrə rayon turniri keçirib

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər arasında "Nə?", "Harada?", "Nə zaman?" və "Breyn-rinq" intellektual oyunları üzrə rayon turniri keçirib


12-04-2019, 19:30


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə gənclər arasında "Nə?", "Harada?", "Nə zaman?" və "Breyn-rinq" intellektual oyunları üzrə rayon turniri keçirilib.

Qazax Gənclər Mərkəzində keçirilən turnirdə rayonda fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin tələbələrindən, eləcə də fəal gənclərdən ibarət komandalar iştirak ediblər.Yarışa ümumilikdə 13 komandadan 65 nəfər gənc qatılıb.

Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov çıxış edərək mərkəz haqda qısa məlumat verib. Qeyd edib ki, mərkəzin yaradılmasında əsas məqsəd gənclərə öz karyeralarını qurmaqda yardımçı olmaq, eyni zamanda, imkanlarını genişləndirmək üçün onlara dəstək göstərməkdir. İ.Süleymanov yarışın qaydalarını izah edərək iştirak edən hər bir komandaya uğurlar arzulayıb.

Sonra 13 komandanın qatıldığı yarış "Nə?", "Harada?", "Nə zaman?" formatı üzrə start götürüb.

Bu mərhələdə ən çox xal toplamış Bakı Dövlət Universiteti Qazax filialının "Sarkazm" və "Zəfər" komandaları, eləcə də müstəqil "Stronsium", "Orion" komandaları "Breyn-rinq" mərhələsinə vəsiqə qazanıblar.

İkinci mərhələdə daha çox xal toplayan "Stronsium" komandası yarışın qalibi adını qazanıb. II yerə "Orion", III yerə isə "Sarkazm" komandası layiq görülüb.

Qalib və mükafatçılar Qazax GİKM-nin müvafiq diplomları ilə təltif olunublar.

Məlumat üçün qeyd edək ki, bu gündən etibarən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində İntellektual Oyunlar Klubu fəaliyyətə başlayıb.











GOYEZEN.AZ


Geri qayıt