Əsas Səhifə > Gənclər > Kompüter oyunları üzrə rayon birinciliyi keçirilib

Kompüter oyunları üzrə rayon birinciliyi keçirilib


9-08-2018, 15:02
Kompüter oyunları üzrə rayon birinciliyi keçirilib
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq 12 Avqust "Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş Kompüter oyunları ("Counter-Strike") üzrə rayon birinciliyi keçirilib.

Gənclər Mərkəzində keçirilən yarışda 7 komandadan 35 nəfər gənc iştirak edib.

"Empire" komandası I yerə, "Hell Team" komandası II yerə, "TEGA-family" komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.

Kompüter oyunları üzrə rayon birinciliyi keçirilib
Kompüter oyunları üzrə rayon birinciliyi keçirilib
Kompüter oyunları üzrə rayon birinciliyi keçirilib
GOYEZEN.AZ

Geri qayıt