Əsas Səhifə > Gənclər > Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır


25-06-2018, 16:30
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş RİHB Aparatı yanında fəaliyyət göstərən Komissiyanın 2018-ci il üçün iş planına və Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ə.Həsənovun 31 may 2018-ci il tarixli, 32/11-54 nömrəli məktubuna əsasən 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə RİHB Aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, məktəb direktorları və müəllimlər, ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirdə narkomaniya və onun törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub, mübarizə yolları müzakirə edilib.
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Rayonda narkotiklə mübarizə sahəsində görülən məqsədyönlü işlərdən söz açaraq bu cür tədbirlərin gənclərin sağlam ruhda tərbiyə olunmasında böyük rol oynadığını bildirib.

Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, rayon prokurorunun müavini Qasım Ağayev, Yeni Azərbaycan Partiyası Qazax rayon Gənclər Təşkilatının sədri Vüsal İsmayılov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlətin əsas prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə əməli tədbirlərin görüldüyünü bildiriblər. Gənc və yeniyetmələrin maarifləndirilməsi sahəsində bu cür tədbirlərin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin II kurs tələbəsi Nərmin Kərimova çıxışı zamanı cəmiyyətimizdə "ağ ölüm" adlandırılan dəhşətli bəlanın qarşısının alınması və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasının, bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib və təşkilatçılara gənclər adından minnətdarlığını çatdırıb.

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
GOYEZEN.AZ

Geri qayıt