Əsas Səhifə > Gənclər > “Vətən üçün hazır ol!” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib

“Vətən üçün hazır ol!” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib


3-10-2016, 15:52
“Vətən üçün hazır ol!” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib
Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib.

“Vətən üçün hazır ol!” adlı layihə çərçivəsində həyata keçirilən ikinci tədbirdə gənc rəssamların Vətən mövzusunda çəkdikləri əl işləri nümayiş olunub.
“Vətən üçün hazır ol!” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib
Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov çıxış edərək həyata keçirilən layihə haqqında məlumat vermiş, görülən işlərdən danışıb.

Rəsm qalereyasının müdiri Münəvvər Xəlilova, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət və Turizm şöbəsinin baş məsləhətçisi Nailə Əliyeva çıxış edərək gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin böyük rolu olduğunu bildiriblər.

Sonra gənclərin əl işlərinə baxış keçirilib. Qurbanov Bəhruz Zahid oğlu, Veyisova Lalə Ayaz qızı I yerə, Quliyev Eşqin Əmir oğlu, Kərimova Elnurə Faiq qızı II yerə, Əlizadə Coşqun Elxan oğlu, Carçılı Ema Ramil qızı isə III yerə layiq görülüblər.

Qaliblər qiymətli hədiyyələr və Diplomlarla təltif olunub.

Geri qayıt