Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir » Göyəzən internet portalı


Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir

Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Qazax rayon Komitəsinin, Qazax rayon Mədəniyyət Mərkəzinin və Qazax Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə MİHİ Qazax rayon Komitəsinin əhatə etdiyi idarə və müəssisələrdə çalışan gənclər və idarə rəhbərləri iştirak edib. İştirakçılar öncə muzeyin ekspozisiyası ilə tanış olublar.

MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov tədbiri giriş sözü ilə açaraq gəncləri bayram münasibətilə təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.

Sonra Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin səlahiyyətli numayəndəsi Valeh Vəliyev, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova çıxış edərək gəncləri təbrik ediblər.
Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Qazax Dövlət Dram Teatrının gənc aktyoru Yusif Qoca çıxış edərək gənclərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə MİHİ Qazax rayon Komitəsi tərəfindən rayonun ictimai, siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərman və hədiyyələr verilib.

Sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib, şeirlər oxunub, musiqi səslənib.

Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir
GOYEZEN.AZ



Facebook-da paylaş