Qazaxda “Gənc Sahibkar Qadınlar” layihəsi həyata keçirilib
GOYEZEN.AZ saytına bu barədə layihə rəhbəri Sevil İsayeva məlumat verib. O. layihə barədə danışaraq bildirib ki, əsas məqsədimiz Gəncə, Qazax, Tovuz və ətraf regionlarda yaşayan gənc xanım tələbələrə iqtisadi biliklər vermək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün praktiki təlimlər keçməkdir. S.İsayeva layihənin məqsədi, layihə çərçivəsində keçiriləcək təlim və tədbirlər haqqında da geniş məlumat verib.
Layihənin üçüncü təlimini təlimçi Ramil İmanov idarə edib.
Təlim çərçivəsində Azərbaycanda sahibkarlıq haqqında mövzulara toxunulub. Diskussiya şəklində aparılan təlimdə iştirakçılar aktiv çıxış edərək öz fikirlərini bildiribər. Təlimin sonunda iştirakçılara layihədə fəal iştirak etdiklərinə görə sertifikatlar verilib.
Sonda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsləhətçiləri Aynurə Abbasovavə və Səba Paşayeva çıxış edərək bu cür layihələrin təşkilinin gənclərin həyatında böyük önəm daşımasından söz açıb, layihənin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Facebook-da paylaş