• Təqvim

  • Unutma

  • Maraq



Gənclər Həmrəylik Gününü qeyd ediblər

Gənclər Həmrəylik Gününü qeyd ediblər
Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Qazax şəhər 2 saylı Musiqi Məktəbi və Qazax Olimpiya İdman Kompleksinin dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Kompleksdə keçirilən bayram tədbirini rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, 2 saylı Musiqi Məktəbinin direktoru Ramil Qurbanov gəncləri təbrik edərək ən xoş arzularını çatdırıblar.

Tədbirdə Musiqi Məktəbinin gənc musiqiçiləri rəngarəng musiqi nömrələri ifa ediblər. Bundan başqa, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri müxtəlif səhnəciklər və musiqi nömrələri ilə tədbir iştirakçılarında xoş təəssürat yaradıblar.

Gənc şair, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının nümayəndəsi Elnur Süleymanlı tədbir iştirakçılarını səsləndirdiyi şeir parçası ilə təbrik edib.

Yekunda Şaxta baba və Qar qız təbdir iştirakçılarına Yeni il hədiyyələri paylayıb.

Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
Gənclər Həmrəylik Gününü qeyd ediblər
GOYEZEN.AZ


Facebook-da paylaş