• Təqvim

  • Unutma

  • Maraq



“Vətən üçün hazır ol!” layihəsi çərçivəsində inşa-yazı müsabiqəsi keçirilib

“Vətən üçün hazır ol!” layihəsi çərçivəsində inşa-yazı müsabiqəsi keçirilib
Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə inşa-yazı müsabiqəsi keçirilib.

“Vətən üçün hazır ol!” layihəsi çərçivəsində həyata keçirilən müsabiqə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil olunub. Müsabiqədə 22 nəfər şagird iştirak edib

Qazax rayon A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Əsgərova Ülkər Əhəd qızı I yerə, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Hacıyeva Gülər Rafət qızı II yerə, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Süleymanova Türkan Mübariz qızı və İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Yusifova Aydan Əfqan qızı isə III yerə layiq görülüblər.

Qalib və mükafatçılar “Öyrədərək Öyrənirik” G.İ.İ.D.İ.B. tərəfindən qiymətli hədiyyələr və Diplomlarla təltif olunubar.
Tədbir iştirakçılarına buklet paylanılıb.


Facebook-da paylaş