• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib

Qazaxda nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nanotexnologiya Akademiyası və Nanotexnologiya Olimpiadası” layihəsi çərçivəsində Qazax rayonunda tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə gənclərin müxtəlif təbəqələri, elm adamları, müəllimlər və mətbuat nümayəndələri iştirak edib.
Qazaxda nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Aytək Məmmədli açaraq Prezident İlham Əliyevin elm və texnologiyanın inkişafına göstərdiyi qayğıdan, yüksək texnologiyalarla bağlı sərəncamlardan, ondan irəli gələn məsələlərin icrası və mərhələli inkişafından danışıb, Fondun gördüyü sosial işlər, qrant və fərdi layihələr haqqında ətraflı söz açıb.
Qazaxda nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
A.Məmmədli bildirib ki, nanotexnologiya elminin öyrədilməsi üçün belə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. O, tədbir iştirakçılarını nanotexnologiya elmi haqqında məlumatlandırıb.
Qeyd edib ki, nanotexnologiya-atomlar sənətidir və daha kiçik molekullarla işləməyə imkan verir.

O, daha sonra bu elmin tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, nanotexnolgiya elmi gəlir gətirən sahədir. Elə buna görə də müxtəlif sahələrə - əsasən kimya, biologiya, fizika kimi sahələrə tətbiq olunur. Eyni zamanda riyaziyyat, kompyuter elmləri, tibb, əczaçılıq və müdafiə sənayesinə də tətbiq edilir. Bu elmin sənayenin inkişafında da rolu böyükdür.
Qazaxda nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib
Sonda A.Məmmədli tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

GOYEZEN.AZ


Facebook-da paylaş