“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib – » Göyəzən internet portalı


“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib – Qazaxda

“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənc və yeniyetmələr arasında “Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, KİV nümayəndələri iştirak edib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan vətənpərvərliyin təbliğidir. Bunun üçün gənclərin Vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilməli, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilməlidir.
“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının üzvü, şair Bilal Qoca və başqaları çıxış edərək gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar. Tədbirdə çıxış edənlər bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər.
“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən üçün hazır ol!” adlı layihə çərçivəsində çəkilmiş “Qarabağa doğru” filmi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin və filmlərin böyük rolu vardır.
“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
Sonra tədbirdə Aprel şəhidlərimiz – kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş “Qarabağa doğru” filmi nümayiş olunub və gənclər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
Həmçinin tədbirdə gənclərin ifasında Vətənə, anaya, şəhidlərimizə həsr olunmuş şeirlər səslənib, mahnılar ifa olunub. Gənc gitara ifaçılarından Kənan İbrahimov və Ayxan Aşurovun ifa etdikləri vətənpərvərlik mövzusunda olan mahnılar iştirakçılar tərəfindən maraqla dinlənilib.

“Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməli” mövzusunda tədbir keçirilib –
GOYEZEN.AZ


Facebook-da paylaş