• Təqvim

  • Unutma

  • Maraq



"Gənc Könüllülər”dən pandemiyaya qarşı növbəti maarifləndirmə tədbiri


Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası Qazaxda bu gün də uğurla icra olunub.

İlk gündən "Bir-birimizi qoruyaq" aksiyasında fəal iştirak edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i növbəti maarifləndirmə tədbiri həyata keçiriblər. Gənclər bu dəfə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əhalinin kütləvilik təşkil etdiyi "Qazax Avtovağzal”ında vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək, tibbi maska və bukletlər paylayıblar.

Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.






 

GOYEZEN.AZ



Facebook-da paylaş