Qazaxda “Gənc Könüllülər” Ramazan bayramı münasibətilə aztəminatlı ailələri ziyarət ediblər
Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan
Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə Qazax Gənclərin İnkişaf
və Karyera Mərkəzinin "Gənc Könüllülər”i aztəminatlı ailə və tənha yaşayan ahıl
vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırıblar. Gənclər Ramazan ayının ehtiva etdiyi
yardımlaşma, xeyirxahlıq və həmrəylik kimi xüsusiyyətləri bu aksiya ilə bir
daha nümayiş etdiriblər. Onlar
COVID-19 pandemiyasının davam etdiyi dövrdə məhz birlikdə və məsuliyyətli
olmaqla bütün çətinlikləri arxada qoyacağımızı bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş