Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc könüllülər"i də "Bir-birimizi qoruyaq" aksiyasına qoşulublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab
olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları
tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) "Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verib. Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
təşkilatçılığı ilə "Bir-birimizi qoruyaq" aksiyası ilə əlaqədar
"Gənc könüllülər"lə onlayn müzakirələr aparılıb. Qazax GİKM-in direktoru İsmayıl Süleymanov ilk olaraq
gənclərə xüsusi karantin rejimində göstərdikləri fəaliyyətə görə təşəkkür edib,
daha sonra kampaniyanın məqsədi ilə bağlı məlumat verib. Əsas məqsədin karantin
rejiminin yumşalması ilə əlaqədər vətəndaşların kütləvi toplaşdığı yerlərdə
sosial distansiya və davranış qaydalarını izah etmək, onların sağlamlığı naminə
maarifləndirmə aparmaqdan ibarət olduğunu bildirib. Müzakirələrə qoşulan Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva
təmsil etdiyi təhsil qurumunun tələbələrinə Qazax GİKM tərəfindən verilən önəmə
görə minnətdarlığını bildirib. Bu kimi aksiyalarda kollec tələbələrinin
aktivliyinin vacibliyini vurğulayıb. Sonda kampaniyada iştirak edəcək "Gənc Könüllülər”in
qruplarının tərkibi müəyyənləşdirilib, onlara davranış təlimatı izah olunub.
Eləcə də kampaniyanın aparılacağı yerlər dəqiqləşdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş