Qazaxda "Gənc Könüllülər" Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət ediblər
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
əməkdaşları və "Gənc Könüllülər"i 9 May - Faşizm üzərində Qələbənin
75-ci ildönümü münasibətilə müharibə veteranlarını ziyarət ediblər. Gənclər İkinci Dünya Müharibəsində iştirak etmiş Qazax
şəhər sakini Xanqulu Süleymanova, Aşağı Əskipara kənd sakini Hümbət Alıyevə və
Daş Salahlı kənd sakini Abbas Şərifova baş çəkiblər. Onları bayram sovqatı ilə təbrik edən gənclər bu
tarixi qələbədə göstərdikləri şücaətə görə öz minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda həmsöhbət olaraq həmin qəhrəmanlıq səhifələrini müharibənin canlı
şahidlərindən dinləyiblər. Veteranlarımız isə göstərdikləri
diqqət və qayğıya görə gənclərə öz təşəkkürlərini bildiriblər. Böyük Vətən Müharibəsi iştirakçısı Abbas Şərifov Böyük Vətən Müharibəsi iştirakçısı Hümbət Alıyev Böyük Vətən Müharibəsi iştirakçısı Xanqulu Süleymanov GOYEZEN.AZ
Facebook-da paylaş