• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda gənc könüllülər ölkədəki xüsusi karantin rejimi ilə bağlı rayon sakinləri arasında maarifləndirici söhbətlər aparıblar


Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq tətbiq edilən xüsusi karantin rejmi qaydalarının təmin olunması məqsədilə respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı tədbirlər görülür. Həyata keçirilən növbəti tədbirlərdən biri də ölkədəki mövcud vəziyyətlə bağlı rayon sakinləri arasında maarifləndirici tədbirlərin aparılmasıdır.

Ölkədə elan edilmiş karantin rejiminə ciddi riayət olunması, koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində rayonun gənc könüllüləri də fəal iştirak edirlər.

Belə ki, gənc könüllülər şəhər ərazisində 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağaları nəzərə alaraq onlarla profilaktik söhbətlər aparıblar. Həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmini və onların sağlamlığının qorunmasına xidmət etdiyini vurğulayıblar.

Hər bir rayon sakinini "Evdə qal!” kampaniyasına qoşulmağa dəvət ediblər. Bununla vətəndaşların özlərinin, yaxınlarının və ətrafda olanların sağlamlığının qeydinə qaldıqlarını bir daha diqqətə çatdırıblar.










GOYEZEN.AZ



Facebook-da paylaş