• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri maraqlı aksiya keçirib


Fəaliyyətə başladığı ilk gündən yeniliklərə imza atan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi bu dəfə cəmiyyətimizdə ülvilik, zəriflik və gözəllik rəmzi olan qadınlarımızı, analarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sevindiriblər. Belə ki, Mərkəzin könüllüləri maraqlı aksiya keçiriblər. Gənclər 8 Mart - Beynəlxalq Qadınlar Günündə şəhər ərazisində xanımları təbrik ediblər.

Əziz xanımlara xoş təbəssüm, sevinc, xoşbəxtlik arzulayan gənclər Azərbaycan qadınının hər zaman öz zəhmətkeşliyi ilə seçildiyini, cəmiyyətimizdə böyük qüvvə hesab edildiklərini diqqətə çatdırıblar.


GOYEZEN.AZ



Facebook-da paylaş