Qazaxda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı şəhid şəhər” başlığı altında anım tədbiri keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalı şəhid şəhər” başlığı altında anım tədbiri keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə Xocalı şəhidlərinin və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq erməni
millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı
nəticələrindən danışıb. Bildirib ki, ermənilərin 28 il əvvəl Xocalıda
törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil,
bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Qeyd edib ki,
Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər
Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan
reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər
görülüb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi
fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin
Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam
etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin
nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin
kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə
tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı
faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar
tanıyır.
Tədbirdə şəhid
kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, Bakı Dövlət
Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin
Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi İlahə Yusifova və fəal
gənc Şəhadət Abbasov çıxış ediblər.Azərbaycanın və dünyanın ən qədim insan
məskənlərindən biri olan Xocalıda törədilmiş erməni vəhşiliyi zamanı heç bir
müharibə qanunlarının gözlənilmədiyini və günahsız mülki vətəndaşlara qarşı
analoqu olmayan amansızlığın göstərildiyini bildiriblər. Tədbirin
sonunda Xocalı faciəsini özündə əks etdirən filim nümayiş etdirilib. Qazax
Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının Xocalı faciəsinə həsr etdikləri
rəsm əsərlərinə baxılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş