Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhidlərimizi yad ediblər
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd edilir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Xocalı soyqırımının iyirmi
səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması
haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18 nömrəli Sərəncamına əsasən
tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonda
fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və
mədəniyyət müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr
olunmuş anım tədbirləri keçirilir. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və gənc
könüllüləri də Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Vətən oğullarının
uyuduğu Hüseynbəyli kənd qəbiristanlığını ziyarət ediblər. Qazax gəncləri Vətənimizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları
üzərinə tər qərənfillər düzərək onların əziz xatirəsini bir dəqiqəlik sükütla
yad ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş