• Təqvim

  • Unutma

  • Maraq



"Əsas Həyat Bacarıqları" layihəsinin dördüncü mövzusu da maraqla qarşılanıb


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramı uğurla davam edir.

Təlimin dördüncü mövzusu "Özünü qiymətləndirmə" olub. Bu sessiyada iştirakçılar "Bulud" meditasiyasını vizuallaşdırıblar. Həmçinin özünü qiymətləndirmə, özünə inam, özünü təhlil kimi mövzularda ətraflı məlumat əldə ediblər. Eləcə də iştirakçılarla "Sizin şəbəkələr və sizinlə hörmətlə rəftar edənlər" və "Əsas ehtiyaclarımıza diqqət yetirmə" başlıqları altında müzakirə aparılıb.

18-24 yaş kateqoriyasına aid 18 nəfərin iştirak etdiyi təlim Qazax GİKM-in əməkdaşı Elmar Rzalı tərəfindən keçirilib.

Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Qazax GİKM-in təşkilatçılığı ilə reallaşır.

Qeyd edək ki, gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edəcəklər. 2 ay müddətində davam edəcək layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.  





GOYEZEN.AZ



Facebook-da paylaş