“Dirçəliş kuboku” gənclər arasında intellektual turnir layihəsi çərçivəsində ilk yarış keçirilib
Bu gün
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant
müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi "Dirçəliş
kuboku” gənclər arasında intellektual turnir layihəsi çərçivəsində ilk yarış
keçirilib. "Nə? Harada? Nə zaman?" formatı üzrə
reallaşan yarışda 35 intellektual klubun heyətində 175 gənc mübarizə aparıb. Qazax
Gənclər Mərkəzində keçirilən yarışda 20 sual səsləndirilib. Ən çox suala düzgün
cavab verən 12 komanda növbəti mərhələyə yüksəlib. Beləliklə,
V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin "Diamond”, R.Mirzəliyev
adına Alpout kənd tam orta məktəbin "Göyəzən”, Ş.Cəbiyev adına Daş Salahlı kənd
2 nömrəli tam orta məktəbin "Çukur”, İsmayıl Şıxlı adına Kosalar
kənd tam orta məktəbin "Star OK”, müstəqil komandalardan "Replicants”,
"Equilibrium”, "Hermes”, "Sarkazm”, "Alcatras”, "Wolfram”, "La Catedral” və
"Panteon” kollektivləri sabah "Breyn Rinq”də kimin daha güclü olduğuna aydınlıq
gətirəcək. Bu
mərhələnin ən yaxşıları isə 16 fevralda həlledici raund olan – "Erudit
Kvartet”də mükafatçıları müəyyənləşdirəcək. Yekunda
qalib komanda "Dirçəliş kuboku”na yiyələnəcək. Bütün
mükafatçı komandalar isə diplom və medallarla təltif olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş