"Kitab klubu"nda növbəti görüş olub
Bu gün
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən
"Kitab klubu" növbəti dəfə toplanıb. Bugünkü görüşdə gənclər Albert Kamyunun "Yad" əsərini
müzakirə ediblər.
Kamyu
deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş
"Yad" əsərinin mövzusu çox sadədir. Əhvalatdakı
hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir
ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan
müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda
əsərin qəhrəmanının adını belə öyrənə bilmirik. Romanın qəhrəmanı həyata və öz
fəaliyyətinə yadlaşıb. Buradakı yadlaşma Kamyunun məşhur "absurd” fəlsəfəsindən
doğur.
Kitabsevərlər
növbəti görüşdə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, norveçli yazıçı Knut
Hamsunun "Aclıq" romanının müzakirə olunmasını planlaşdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş