• Təqvim

  • Unutma

  • Maraq



"Əsas Həyat Bacarıqları" layihəsinin ilk proqramına start verilib


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramına start verilib.

Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Qazax GİKM-in təşkilatçılığı ilə reallaşıb.

Təlimin ilk mövzusu "Stresin idarə olunması” olub. Bu mövzu daxilində iştirakçılar stresin tərifini verməyə çalışıblar, həmçinin stres yaradan səbəbləri müzakirə ediblər. Nəfəsalma texnikası, diqqətlilik, bir dəfəyə bir iş görmə kimi metodlarla stresin azaldılması yollarını öyrəniblər.

18-24 yaş kateqoriyasına aid 16 nəfərin iştirak etdiyi təlim Qazax GİKM-in əməkdaşı Elmar Rzalı tərəfindən keçirilib. Qeyd edək ki, gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda Sertifikatlar təqdim olunacaq.  

GOYEZEN.AZ



Facebook-da paylaş