Qazaxda “Yüksəliş” müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb
Respublika
Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamına əsasən intellektual
səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin
müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsi təsis
edilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı
ilə "Yüksəliş” müsabiqəsi ilə bağlı "Səyyar qeydiyyat”
xidməti həyata keçirilib. Şəhərin mərkəzində təşkil olunan xidmətdə rayonda fəaliyyət göstərən
idarə, müəssisə və təşkilatlardan 25 nəfər iştirak edib. Onlardan 11 nəfəri
qeydiyyatdan keçib. Qeydiyyatın keçirilməsinə Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin tədbirlərin təşkili üzrə baş mütəxəssis Bədir Zeynallı və informasiya
və texnologiyalar üzrə baş mütəxəssis Kənan Süleymanlı rəhbərlik ediblər. Məlumat üçün qeyd edək ki, müsabiqə
qeydiyyat, onlayn seçim, əyani seçim, yarımfinal və finaldan ibarət olmaqla beş
mərhələdə keçiriləcək. Vətəndaşlara qeydiyyat üçün hər bir texniki dəstək
göstərilib. Müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet
yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçiblər. Müsabiqədə qeydiyyat mərhələsi
bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı iki il idarəçilik
təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. İdarəetmə
təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda
rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın,
layihə qruplarının, resursların, podratçıların idarə olunması nəzərdə tutulur. Müsabiqənin yekunlarına
əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək
üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar
idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəçi rəhbərlərin
iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin
adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.
GOYEZEN.AZ
Facebook-da paylaş