• Təqvim

  • Unutma

  • Maraq



Qazax GİKM-də fəaliyyət göstərən "Kitab klubu"nda növbəti görüş baş tutub


 

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən "Kitab klubu"nda növbəti görüş baş tutub.

Bu dəfə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, "Hüseyn Arif" ədəbi məclisinin sədri, şair Saqif Qaratorpaq və gənc şair Rüfət Axundlu gənclərin görüşünə gəlib.

Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov qonaqları salamlayıb və mərkəzin fəaliyyəti barədə ümumi məlumat verib. O, bu kimi görüşlərin gənclərin bədii zövqünün formalaşmasında böyük önəm daşıdığını vurğulayıb.

Sonra şair Saqif Qaratorpaq öz yaradıcılığı haqda geniş söz açaraq, yeni çapdan çıxmış "Bəlkə belə yaxşıdı" kitabında yer alan şeirlərindən bir neçəsini səsləndirib.

Tanınmış qələm sahibləri Barat Vüsal, Mustafa Rasimoğlu və gənc şair Rüfət Axundlu da şairin şeirlərində toxunulan mövzulardan danışıb, gənclərin suallarını cavablandırıblar.
Sonda şair Saqif Qaratorpaq öz kitablarından bir neçəsini mərkəzə və gənclərə hədiyyə edib.








 

GOYEZEN.AZ



Facebook-da paylaş